Qanunvericilik və fondun əsasnaməsi Yaşat Fonduna investisiya ilə məşğul olmasına imkan vermir.
“İki sahil” xəbər verir ki, bunu YAŞAT Fondunun rəhbəri Elvin Hüseynov fondun 3 illik hesabatına həsr edilmiş mətbuat konfransında deyib.
Qurumun gələcəkdə investisiya fəaliyyətləri ilə məşğul olub-olmayacağına aydınlıq gətirən E.Hüseynov deyib ki, bu fəaliyyət istiqaməti üçün kifayət qədər vəsait olmalı, qanunvericilikdə dəyişiklik edilməlidir.
“Mövcud qanunvericilik və fondun əsasnaməsi investisiya fəaliyyətləri ilə məşğul olmağımıza imkan vermir. Əgər qanunvericiliyə dəyişiklik edilərsə, bu istiqamətdə iş görülə bilər. Hazırda kifayət qədər görəcəyimiz işlərimiz olduğuna görə daxil olan vəsaiti investisiyalara yönəldə bilmirik”.