Tanınmış britaniyalı aktyor Deniel Kreyq Ceyms Bond rolunu oynamaqdan imtina edib.
AZƏRTAC xəbər verir ki, aktyor Ceyms Bond roluna qayıtmaq üçün ona təklif olunan 68 milyon funt sterlinqi qəbul etməyib.
Aktyor 4 filmdə bu rola çəkilib və onlardan ümumilikdə 38 milyon funt sterlinq qazanc əldə edib.
Qeyd edək ki, indiyədək Ceyms Bond rollarında dünya şöhrətli aktyorlar Şon Konneri, Corc Lezenbi, Rocer Mur, Timoti Dalton, Pirs Brosnan çəkiliblər.
Sonuncu Ceyms Bond Deniel Kreyq idi.
Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub