Bu gün Türk dünyasının mədəniyyət paytaxtı olmuş 8 şəhərin nümayəndəsi ilə bir araya gəldik. Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin təsisatını bəyan etdik. Bu tədbir türk xalqlarının birliyi, dostluğu yolunda çox ciddi bir addımdır və xalqlarımız arasında olan dostluq, qardaşlıq əlaqələrinin inkişafında böyük rol oynayacaq.
Bunu Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov söyləyib.
“Biz bu gün Türk Dünyası Mədəniyyət Paytaxtları Birliyinin yaradılmasını bəyan etməklə yanaşı, onun sədrini də seçdik. Bursa Böyükşəhər Bələdiyyə Başçısı Alinur Aktaş təşkilata sədrlik edəcək. Yaxın aylarda biz Bursada toplaşaraq TÜRKBİR adlı yeni qurumun təsisat konfransını keçirəcəyik”, – deyə Aydın Kərimov bildirib.
AZƏRTAC
Dilçilik İnstitutunun əməkdaşları Şəkidə keçirilən beynəlxalq konfransda məruzələrlə çıxış ediblər
Türkoloji Qurultay – 100 mövzusunda Respublika elmi konfransının materialları çap olunub