11 dekabr 2023 12:30
149

Rusiya kəşfiyyatı: Qərb Zelenskiyə əvəz axtarmağa başlayıb

Aparıcı Qərb ölkələrinin yüksək vəzifəli şəxsləri Ukrayna Prezidenti Vladimir Zelenskinin dəyişdirilməsi zərurətini getdikcə daha çox müzakirə edirlər.

“İki sahil” xəbər verir ki, bu barədə Rusiya Xarici Kəşfiyyat Xidmətindən bildirilib.

Qeyd olunub ki, Brüsseldə Zelenskinin mümkün varisləri arasında Zalujnı, Budanov, Yermak, Aretoviç, Kliçkonu nəzərdən keçirilir.

"Qərbdə hesab edirlər ki, Zelenski həddindən artıq irəli gedib və lazım gələcəyi təqdirdə münaqişəni “dondurmaq” üçün Rusiya Federasiyası ilə danışıqlarda tərəf ola bilməyəcək. Zelenskinin Qərb tərəfindən mümkün dəyişdirilməsinin səbəbləri arasında onun “sonsuz kobudluğu” və Rusiya ilə münaqişədə manevr qabiliyyətini itirməsi də göstərilir. ABŞ kəşfiyyatının qiymətləndirmələrinə görə, hərbi vəziyyətin inkişafını nəzərə alaraq, Zelenskinin tezliklə dəyişdirilməsi zərurəti yarana bilər", deyə Rusiya Kəşfiyyat Xidmətinin yaydığı məlumatda bildirilib.