Naxçıvan Muxtar Respublikasında direktor və direktor müavinlərinin işə qəbulu müsabiqəsinin ya bu ilin sonu, ya da gələn ilin əvvəlində keçirilməsi nəzərdə tutulur.
“İki sahil” xəbər verir ki, bunu Naxçıvan MR-in təhsil naziri vəzifəsini icra edən nazir müavini Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, texniki məsələlər həll olsa müsabiqə bu ay, ən geci isə 2024-cü il yanvar ayında keçiriləcək: "Uğur qazanan namizədlər vakant yerlərə təyinat alacaq, eləcə də iki il ehtiyyat kadr bankında qalma imkanı qazanacaqlar".
E.Nəcəfov vurğulayıb ki, yaxın müddətdə direktor hazırlığı prosesinə başlanılacaq: "Gələcəkdə təhsilverənləri təlim prosesinə cəlb etməklə daha peşəkar, bacarıqlı direktorları müəyyənləşdirməyə nail olacağıq".