14 dekabr 2023 13:19
422

Ukrayna Milli Filarmoniyasında Heydər Əliyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib- FOTO

Ümumilli Lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Ukrayna Milli Filarmoniyasında konsert təşkil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev "X" hesabında paylaşım edib.

Bildirilib ki, Azərbaycan bəstəkarlarının incilərini ifa edən Ukrayna Milli Simfonik Orkestrinə Azərbaycanın Xalq artisti Yalçın Adıgözəlov dirijorluq edib.