Qərb dövlətlərinin Qəzza məsələsinə yaxınlaşması geopoltitik sınmalara yol açmaq potensialı daşıyır.
“İki sahil” xəbər verir ki, bunu bu gün Türkiyə xarici işlər naziri Hakan Fidan xarici işlər naziri Ceyhun Bayramovla birgə keçirilən mətbuat konfransında bildirib.
Hakan Fidan deyib ki, bu savaş, qətliam dərhal dayanmalıdır və beynəlxalq ictimaiyyət bu sahədə üzərinə düşəni yerinə yetirməlidir: “Beynəlxalq birliyə də çağırışımız budur. Uzunmüddətli həll üçün Fələstin dövlətinin qurulması vacibdir. Bir sıra dövlətlərin siyasi sistemləri elədir ki, İsrailə qarşı çıxa bilmirlər. Təmas qrupu olaraq keçirdiyimiz görüşlərdə də bunu nəzərə çatdırırıq. İsrail qətliamına dəstək verən ölkələrin BMT-də səsvermədə ya Qəzzada atəşkəsə səs verdiyi, ya da bitərəf qaldığını görürük. İnanırıq ki, ən qısa dövrdə beynəlxalq ictimaiyyət bu yanlışdan dönəcək”.
Mehriban Əliyeva Pasxa bayramı münasibətilə Azərbaycanın xristian icmasını təbrik edib
Mərkəz rəhbəri: Vətəndaş cəmiyyətinin gələcək fəaliyyətinin necə olacağı barədə müzakirə aparılıb