İngiltərədən olan bir gəlin qonaqlarla bağlı verdiyi qərarla ölkə gündəminə düşüb. Belə ki, o toyuna vəd verdikləri halda gəlməyən qonaqları 1000 avro cərimələmək qərarına gəlib.
“İki sahil” xəbər verir ki, qızın ağlına bu fikir rəfiqəsi tədbirdən bir həftə əvvəl şənliyə qatıla bilməyəcəyini söylədikdən sonra gəlib. Toy sahibləri mərasimdə yeməklər üçün xərclər etmişdi və boş qalan yer - pul itkisi demək idi.
Buna görə də əsəbləşən gəlin dəvəti olan hər kəsi xəbərdar etmək qərarına gəlib.
Addım sosial şəbəkələrdə birmənalı qarşılanmayıb. İstifadəçilərdən bəziləri bunu ədalətli qərar hesab etsələr də, digərləri gəlini qeyri-etik davranışa görə qınayıblar.
Türkiyənin İğdır şəhərində “Xarıbülbül” sərgi-yarmarkalarının davam etdirilməsi təklif olunub
Şəfiqə Məmmədovanın Azərbaycan Kinematoqrafçılar İttifaqı sədrliyinə vahid namizəd kimi təsdiq edilməsi barədə yekdilliklə qərar qəbul olunub
Tünzalə Ağayeva ilə bağlı diqqətçəkən görüntülər – kameralar qarşısında nə baş verdi?