20 dekabr 2023 11:51
186

Zeynal Nağdəliyev: Dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq

Biz dünyasını dəyişmiş insanların seçici siyahısında qalmasını tamamilə yığışdırmalıyıq.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Ərazi-təşkilati məsələlər şöbəsinin müdiri Zeynal Nağdəliyev Mərkəzi Seçki Komissiyasında dairə seçki komissiyalarının sədrləri üçün keçirilən müşavirədə deyib.

O bildirib ki, ən həssas məsələ odur ki, şəhidlərimizin adının da seçici siyahılarında olmasına yol verməməliyik: “Bütün dünyasını dəyişmiş şəhidlərin siyahısı MSK-ya təqdim olunub. Biz çalışmalıyıq ki, dünyasını dəyişmiş heç bir şəxs seçici siyahısında qalmasın”.