22 dekabr 2023 12:53
207

Milli Məclisin növbəti iclasının vaxtı açıqlanıb

Milli Məclisin payız sessiyasının növbəti plenar iclası dekabrın 26-da keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə spiker Sahibə Qafarova parlamentin bugünkü plenar iclasında məlumat verib.

Sədr bildirib ki, toplantının gündəliyi barədə məlumat veriləcək.