Misli Premyer Liqasının 18-ci turu çərçivəsində "Turan Tovuz" "Araz-Naxçıvan"ı qəbul edib.
“İki sahil” xəbər verir ki, qarşılaşmanın 7-ci dəqiqəsində Xəyal Nəcəfov hesabı açıb. 16-cı dəqiqədə isə Bruno Qonçalveş tovuzluların üstünlüyünü iki topa yüksəldib.
Oyunun 58-ci dəqiqəsində penaltini dəqiq yerinə yetirən İsmail Azzaui fərqi minimuma endirib.
Qarşılaşmanın 82-ci dəqiqəsində güclü küləyin projektorlardan birini aşırtması nəticəsində oyun yarımçıq dayandırılıb.
Peşəkar Futbol Liqasından bildirilib ki, hadisə nəticəsində xəsarət alan olmayıb, azarkeşlər evakuasiya olunublar. Futbolçular, oyun rəsmiləri təhlükəsiz ərazidədirlər.
82-ci dəqiqədə dayandırılan görüşün davam etdirilib-etdirilməyəcəyi bilinmir.
Qeyd edək ki, oyunda “Turan Tovuz”un minimal hesablı üstünlüyü var – 2:1.
Misli Premyer Liqası,
18-ci tur
23 dekabr
16:00."Turan Tovuz" 2-1 "Araz-Naxçıvan" - (82-ci dəqiqədə yarımçıq dayandırılıb)
Qollar: Xəyal Nəcəfov, 7 (1:0), Bruno Qonçalveş, 16 (2:0), İsmaİl Azzaui, 58-pen. (2:1)
Tovuz şəhər stadionu