02 yanvar 2024 12:33
285

Ermənilər faşist Njdeni "qəhrəman" kimi təqdim edirlər

Ermənilər faşist Qaregin Njdeni dərsliklərində "qəhrəman" kimi təqdim edirlər.

“İki sahil” xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Arpadarai “X” hesabında yazıb.

O qeyd edib ki, ötən gün erməni gənclər tsexakronizmin (erməni xalqının yer üzündəki bütün nümayəndə və qruplarının hərbiləşdirilməsi yolu ilə vahid ərazi və dövlətdə birləşdirilməsi ideyası - red) banisi, faşist Q.Njdenin İrəvandakı abidəsinin qarşısına toplaşıblar.

N.Arpadarai bildirib ki, ölkənin hər yerində faşist və irqçi Q.Njdenin abidələri və şəkilləri var: “O, hətta Ermənistanda dərsliklərdə "qəhrəman" kimi təqdim olunur”.