08 yanvar 2024 11:12
231

MSK sədri: Azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları formalaşdırılıb

Növbədənkənar prezident seçkiləri ilə əlaqədar azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları artıq formalaşdırılıb.

“İki sahil” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, ilk olaraq həmin seçki məntəqələri lazımı avadanlıqlarla təchiz edilib.