Bu il yanvarın 1-nə Azərbaycanın bank sektorunun aktivləri 49 milyard 178,2 milyon manat təşkil edib.
“İki sahil” xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 4,5 % çoxdur.
Bankların aktivlərinin 21 milyard 844,6 milyon manatını müştərilərə verilmiş xalis kreditlər təşkil edib. Son 1 ildə sektorun kredit portfeli 18,5 % böyüyüb, kreditlərin aktivlərdəki payı isə 39,2 %-dən 44,4 %-ə qalxıb.
Hesabat dövründə bank sektorunun öhdəlikləri 4,1 % artaraq 43 milyard 114,8 milyon manata, o cümlədən depozit portfeli 2,3 % artaraq 34 milyard 550,7 milyon manata, balans kapitalı isə 7,85 % artaraq 6 milyard 063,3 milyon manata çatıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi