2023-cü ildə əsas kapitala 20296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 faiz çox vəsait yönəldilib.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, neft-qaz sektoruna yatırılan investisiyaların həcmi 10,9 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 faiz artıb. İstifadə olunmuş vəsaitin 12485,2 milyon manatı və ya 61,5 faizi məhsul istehsalı sahələrinə, 6840,0 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16411,5 milyon manatını və ya 80,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14559,6 milyon manatı və ya 71,7 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 faiz, büdcə vəsaitləri 36,6 faiz, əhalinin şəxsi vəsaitləri 5,9 faiz, bank kreditləri 3,0 faiz, sair vəsaitlər isə 6,0 faiz təşkil edib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi