Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2023-cü ildə 66,6 mlrd. manatlıq sənaye məhsulu istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, hesabat dövründə neft-qaz sektorunda məhsul istehsalı 2% azalıb, qeyri neft-qaz sektorunda isə 8% artıb.
Məlumata görə, sənaye məhsulunun 67,4%-i mədənçıxarma sektorunda, 27,1%-i emal sektorunda, 4,6%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,9%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub.
“Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 7,6% azalıb, əmtəəlik qaz hasilatı isə 4,2% artıb”, - məlumatda qeyd olunur.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi