Ötən il Azərbaycanda əsas kapitala 20 milyard 296,6 milyon manat məbləğində, yaxud 2022-ci illə müqayisədə 9,8 % çox vəsait yönəldilib.
“İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 10,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 9,3 % artıb. İstifadə olunmuş vəsaitin 12 milyard 485,2 milyon manatı və ya 61,5 %-i məhsul istehsalı sahələrinə, 6 milyard 840 milyon manatı (33,7 %-i) xidmət sahələrinə, 971,4 milyon manatı (4,8 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 16 milyard 411,5 milyon manatını və ya 80,9 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 14 milyard 559,6 milyon manatı və ya 71,7 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,5 %, büdcə vəsaitləri 36,6 %, əhalinin şəxsi vəsaitləri 5,9 %, bank kreditləri 3 %, sair vəsaitlər isə 6 % təşkil edib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi