16 yanvar 2024 13:34
268

ARDNF-nin aktivləri 14 %-dən çox artıb

Ötən ilin sonuna Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) aktivləri 56 milyard 069,7 milyon ABŞ dolları təşkil edib.

Bu barədə “İki sahil”ə Fonddan məlumat verilib.

Bildirilir ki, bu, 2022-ci illə müqayisədə 7 milyard ABŞ dolları və ya 14,3 % çoxdur.