Bakının dayanıqlı inkişafını təmin etmək üçün çoxmərkəzlilik prinsipi tətbiq ediləcək.
“İki sahil” xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Bakı Şəhər İcra Hakimiyyətində keçirilən Bakının Baş planının təqdimatı mərasimində bildirib.
A. Quliyev deyib ki, bu, Bakının Baş planında nəzərdə tutulub: "Paytaxtın ənənəvi inzibati mərkəzi ilə yanaşı şəhərin digər hissələrində mərkəz rolunu oynaya biləcək alt mərkəzlər inkişaf etdiriləcək. Bu o deməkdir ki, həmin ərazilərdə mərkəzi hissəsində olduğu kimi infrastruktur eyni səviyyəyə çatdırılacaq. Müvafiq sosial xidmətlərin təqdim edilməsi yüksək keyfiyyətdə təmin ediləcək".
O qeyd edib ki, Bakının Baş planı bir çox innovativ həllər və önəmli prioritetlər müəyyən edir.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi