Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 31 dekabr 2023-cü il tarixinə investisiya portfelinin 67,5%-ni ABŞ dolları təşkil edib (31 dekabr 2022-ci il tarixinə bu göstərici 68,6% olub – red.), bu da ilin əvvəlinə qeyd olunan göstərici ilə müqayisədə 1,1 faiz bəndi azdır.
“İki sahil”in Neft Fondunun 2023-cü ilin yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, 2023-cü il 31 dekabr tarixinə avro ARDNF-in investisiya portfelinin 21,2%-ni, funt sterlinq 5,3%-ni, Avstraliya dolları – 0,7%-ni, Türkiyə lirəsi – 0,2%-ni, Rusiya rublu – 0,2%-ni, Çin yuanı – 1%-ni, Yaponiya yeni – 1,4%-ni, digər valyutalar isə 2,5%-ni təşkil edib.
Məlumata görə, Fondun ABŞ dolları portfelinin 6 752,1 mln. dollarlıq hissəsini (12%) qızıl investisiyaları təşkil edib.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 069,68 mln. dollara çatıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi