Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) istiqrazlar və pul bazarı alətləri portfelinin kredit reytinqləri üzrə təsnifatında 31.12.2023 tarixinə birinci yerdə "AAA" reytinqli investisiya alətləri qərarlaşıb.
“İki sahil”in ARDNF-nin cari ilin doqquz ayının yekunlarına dair hesabatına istinadən verdiyi məlumata görə, qeyd olunan göstərici 68,1% təşkil edib, bu da ilin əvvəlində qeydə alınan göstəricisi (31.12.2022 tarixinə - 73,7%) ilə 5,6 faiz bəndi azdır.
Məlumata görə, hesabat dövrünə Fondun investisiyalarının 16,6%-i "AA" reytinqli, 8,6%-i "A" reytinqli, 6,5%-i "BBB" reytinqli, 0,2%-i isə qeyri-investisiya dərəcəli alətlərinə yatırılıb.
Bundan başqa, yerləşdirmə müddəti üzrə təsnifata əsasən, Fondun investisiyalarının 24%-i 0-1 il (31.12.2022 tarixinə - 22,5%), 26%-i 1-3 il, 22,4%-i 3-5 il, 27,6%-i isə 5 ildən artıq müddətinə yerləşdirilib. Bu da o deməkdir ki, Fond yerləşdirmə tarixi daha az olan istiqrazlar və pul bazarı alətlərinə investisiyalarını artırıb.
Qeyd edək ki, hesabat dövrünə ARDNF-in cəmi investisiya portfeli 56 065,44 mln. dollara çatıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi