Bu il yanvarın 1-nə Azərbaycanın valyuta ehtiyatları 67 milyard 682,7 milyon ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, bunun 82,8 %-i və yaxud 56 milyard 69,7 milyon ABŞ dolları Dövlət Neft Fondunun (ARDNF), 17,2 %-i və yaxud 11 milyard 613 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 2 milyard 383,4 milyon ABŞ dolları və yaxud 3,6 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 545,7 milyon ABŞ dolları və yaxud 1 %, AMB-nin valyuta ehtiyatlarında isə 1 milyard 837,7 milyon ABŞ dolları və yaxud 18,8 % artım olub.
Son 1 ildə isə ölkənin valyuta ehtiyatları 9 milyard 653,4 milyon ABŞ dolları və yaxud 16,6 % artıb. İl ərzində ARDNF-in valyuta ehtiyatları 7 milyard 36,1 milyon ABŞ dolları və yaxud 14,3 %, AMB-nin valyuta ehtiyatları isə 2 milyard 617,3 milyon ABŞ dolları və yaxud 29,1 % artım nümayiş etdirib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi