Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,43 ABŞ dolları, yaxud 0,52 % artaraq 83,43 ABŞ dolları təşkil edib.
“İki sahil” xəbər verir ki, hərracların nəticələrinə görə, “Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 77,77 ABŞ dolları təşkil edib.
Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.
Xatırladaq ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb. Azərbaycanda neft əsasən "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsi haqqında müqavilə çərçivəsində hasil edilir. Müqavilədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) payı 25 %-dir.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi