Azərbaycanın innovativ brendi "ASAN Xidmət" qlobal startap xəritəsini formalaşdıran mötəbər beynəlxalq təşkilat "StartupBlink" tərəfindən innovasiya ekosisteminin inkişafına və startaplara dəstək mexanizmlərinin təşviqinə görə "Qafqazda ən yaxşı startap nəticələri" mükafatına layiq görülüb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
“Qlobal reytinqə görə, 2023-cü ildə ölkəmiz bu sahədə ən uğurlu 100 ölkə siyahısında 84-cü yerdə qərarlaşıb. "ASAN Xidmət" heyətinə təbriklərimizi çatdırır və biznes mühitinin inkişafına verdiyi töhfələrə görə təşəkkürümüzü bildiririk”, – deyə nazir qeyd edib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi