Azərbaycanda koronavirus (COVID-19) pandemiyasından zərər çəkmiş sahibkarlara verilən dövlət zəmanətli kreditlər üzrə subsidiya ödənilməsi 2023-cü ildə də davam etdirilib.
“İki sahil” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xaliyev keçirdiyi mətbuat konfransında bildirib.
O qeyd edib ki, dəstək proqramı çərçivəsində ötən ilin sonuna qədər iş adamlarına 52 milyon manat subsidiya ödənilib.
"Bununla yanaşı, pandemiyadan zərər çəkmiş və 10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarlara kreditin illik faiz dərəcəsinin 10 faiz bəndi qədər subsidiya verilməsi davam etdirilib. Ötən ilin sonuna qədər kredit qalıq məbləği 893,4 milyon manat olan 5 071 müraciət üzrə 73,3 milyon manat faiz subsidiyası ödənilib", - deyə sədr əlavə edib.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi