2023-cü ildə Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 59 milyard manatlıq, o cümlədən 33 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 26 milyard manatlıq qeyri-ərzaq malları satılıb.
“İki sahil” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir
Məlumata görə, 2022-ci illə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,5 %, qeyri-ərzaq malları üzrə 5,2 % artıb.
2023-cü ildə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 51,6 %-i ərzaq məhsullarının, 4,4 %-i içkilər və tütün məmulatlarının, 14,3 %-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 5,2 %-i avtomobil benzini və dizel yanacağının, 4,6 %-i elektrik malları və mebellərin, 2,2 %-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,1 %-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,6 %-i isə digər qeyriərzaq mallarının alınmasına sərf olunub.
Hesabat ilində qeyri-dövlət sektorunun təsərrüfat subyektləri tərəfindən satılmış malların dəyəri əvvəlki illə müqayisədə real ifadədə 3,7 % artaraq ümumi pərakəndə ticarət dövriyyəsinin 99,7 %-ni təşkil edib.
2022-ci illə müqayisədə 2023-cü ildə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 3,1 %, fərdi sahibkarlar üzrə 3,6 %, bazar və yarmarkalarda 4,3 % artıb.
Hesabat ilində pərakəndə ticarət şəbəkəsində əhalinin bir nəfəri orta hesabla ayda 484,2 manatlıq, o cümlədən 270,9 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 213,3 manatlıq qeyri-ərzaq malları alıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi