Davos İqtisadi Forumu çərçivəsində "Carlsberg Group" şirkətinin Azərbaycanda istehsalının lokallaşdırılması sahəsində görülən işlər müzakirə olunub.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir "Carlsberg Group" şirkətinin baş icraçı direktoru Yakob Orup-Andersen ilə yeni əməkdaşlıq imkanlarını dəyərləndirib.
“Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan iqtisadi islahatların biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət tərəfindən ölkəmizdə istehsalın lokallaşdırılması sahəsində görülən işləri və yeni əməkdaşlıq imkanlarını dəyərləndirdik”, - deyə M. Cabbarov qeyd edib.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində "Carlsberg Group" şirkətinin (@carlsberggroup) baş icraçı direktoru Yakob Orup-Andersen ilə şirkətin Azərbaycandakı uğurlu fəaliyyəti və ölkəmizdə aparılan #iqtisadi islahatların #biznes mühitinə müsbət təsiri barədə danışdıq. Şirkət… pic.twitter.com/XfLlBKpijO
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi