2023-cü ildə Azərbaycanda 48 milyard 496,7 milyon kubmetr təbii qaz hasil edilib.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bunun 36 milyard 413,8 milyon kubmetri əmtəəlik təbii qazın payına düşüb.
Hesabat dövründə təbii qaz hasilatı illik müqayisədə 3,8 %, əmtəəlik qaz hasilatı isə 4,2 % artıb.
Ötən il Azərbaycanda 30 milyon 189,6 min ton qaz kondensatı daxil olmaqla xam neft hasil edilib. Bunun 30 milyon 083,1 min tonu əmtəəlik xam neftin payına düşüb.
Hesabat dövründə neft hasilatı daha əvvəlki 2022-ci illə müqayisədə 7,5 % (əmtəəlik neftin həcmləri isə 7,6 %) azdır.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi