Azərbaycan və Finlandiya regional iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlarla bağlı müzakirələr aparıb.
“İki sahil” xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
Nazir qeyd edib ki, müzakirələr Davos İqtisadi Forumu çərçivəsində onun Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşündə baş tutub: "Tərəflər görüşdə ölkələr arasında münasibətlərin prioritet istiqamətlərini, ikitərəfli əlaqələrin perspektivlərini müzakirə ediblər”.
Qeyd edək ki, dünən nazir Davosda keçirilən Dünya İqtisadi Forumunda “COP28 və qarşıdakı yol” adlı paneldə çıxış edib.
Xatırladaq ki, Davos İqtisadi Forumunun yanvarın 14-də açılış mərasimi keçirilib. Forum yanvarın 19-dək davam edəcək. Dünya İqtisadi Forumu 1971-ci ildə yaradılıb. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir.
Davos İqtisadi Forumu (@wef) çərçivəsində Finlandiyanın xarici işlər naziri Elina Valtonen (@elinavaltonen) ilə ölkələrimiz arasında münasibətlərin prioritet istiqamətləri, regional #iqtisadi əməkdaşlığı gücləndirmək üçün yaranmış yeni imkanlar və ikitərəfli əlaqələrin…
— Mikayil Jabbarov (@MikayilJabbarov) January 17, 2024
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi