Azərbaycanda dəmir yolu nəqliyyatı ilə 2023-cü ildə 18,3 mln. ton yük, 7 107,5 min sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən “İki sahil”ə verilən məlumata görə, 2022-ci illə müqayisədə ötən il yük daşınmasında 2,6% azalma, sərnişin daşınmasında isə 38,4% artım müşahidə olub.
“Orta hesabla sutkada 400 vaqon yüklənmiş, 424 vaqon isə boşaldılmışdır. Sutka ərzində dəmir yolunun Şimal istiqaməti üzrə 20,2 min ton, Qərb istiqaməti üzrə 3,1 min ton, Cənub istiqaməti üzrə isə 0,7 min ton yüklənmə işi yerinə yetirilib”, - məlumatda qeyd olunub.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi