Ötən il metrodan istifadə edənlərin sayı artıb.
"İki sahil”in Dövlət Statistika Komitəsinə istinadən xəbərinə görə, 2023-cü ildə metro nəqliyyatının xidmətlərindən istifadə edən sərnişinlərin sayı 5,2 faiz artaraq 219,5 milyon nəfər olub.
DSK-nın məlumatında qeyd olunub ki, ötən il nəqliyyat sektorunda daşımaların həcmində xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 134,2 milyon ton yük, 1694,1 milyon sərnişin daşınıb və əvvəlki illə müqayisədə müvafiq olaraq 6,5 faiz və 20,6 faiz artım qeydə alınıb. Sərnişinlərin 94,4 faizi avtobus, 5,6 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Yük dövriyyəsi 7,3 faiz, sərnişin dövriyyəsi isə 21,4 faiz artıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi