2023-cü ildə tikinti müəssisələri tərəfindən (fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilən inşaat işlərinin 80,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 7,9 faizini əsaslı təmir, 7,1 faizini cari təmir, 4,3 faizini isə sair tikinti işləri təşkil edib. Ümumi inşaat işlərinin 88,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirib.
“İki sahil”in Dövlət Statistika Komitəsinə istinadla xəbərinə görə, tikinti materiallarının istehsalı sahəsində 2023-сü ildə istehsalın ümumi dəyəri 1180,3 milyon manat olmaqla, əvvəlki illə müqayisədə 31,8 faiz artıb.
DSK-nın məlumatında qeyd olunub ki, ötən il ərzində tikinti gipsinin istehsalı 98,1 faiz, gips məmulatlarının istehsalı 73,5 faiz, sement klinkerlərinin istehsalı 36,9 faiz, sement istehsalı 4,6 faiz artıb.
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi