Ötən il Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 2 217 mln. manatlıq məhsul istehsal edilib.
Dövlət Statistika Komitəsindən “İki sahil"ə verilən məlumata görə, əvvəlki illə müqayisədə rezin və plastik kütlə məmulatlarının istehsalı 18,5%, kimya sənayesi məhsullarının istehsalı 6,9% artıb, əczaçılıq məhsullarının istehsalı isə 9,1% azalıb.
Məlumata görə, kimya sənayesi məhsullarından etil spirti 2,7 dəfə, polietilen istehsalı 21,2%, etilen istehsalı 18,5%, propen (propilen) istehsalı 14%, rezin və plastik kütlə məmulatlarından məsaməli plastik kütlədən sair plastilinlər, lövhələr 67,5%, plastmas butulkalar, flakonlar və oxşar məmulatların istehsalı 66,5%, sərt plastmasdan borular, borucuqlar, qolçaqlar və şlanqların istehsalı 13,8%, plastmas çubuqlar, millər və profillərin istehsalı isə 4,5% artıb.
Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:
|
Məhsul növləri |
2023-cü ildə istehsal edilmişdir |
Əvvəlki ilə nisbətən, faizlə |
01.01.2024-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
|
Kimya sənayesi məhsulları |
|||
|
Təsirsiz qazlar, min kub metr |
46 269,6 |
100,7 |
66,6 |
|
ondan: |
|
|
|
|
azot, min kub metr |
21 627,3 |
92,4 |
63,0 |
|
Lak-boya məmulatları, ton |
39 567,9 |
116,8 |
239,1 |
|
Qeyri-üzvi kimyəvi maddələr, min ton |
2 6680 |
119,1 |
6 930 |
|
ondan: |
|
|
|
|
yod, ton |
208,1 |
106,9 |
7,7 |
|
Üzvi kimyəvi maddələr, min ton |
971,2 |
99,8 |
20,1 |
|
ondan: |
|
|
|
|
etilen, min ton |
165,6 |
118,5 |
0,3 |
|
propen (propilen), min ton |
153,1 |
114,0 |
0,8 |
|
metanol (metil spirti), min ton |
494,6 |
92,5 |
12,7 |
|
Etil spirti, min dkl |
64,2 |
2,7 d. |
35,3 |
|
Gübrə və azot birləşmələri, min ton |
453,7 |
84,5 |
55,3 |
|
ondan: |
|
|
|
|
karbamid, min ton |
453,6 |
84,5 |
55,3 |
|
İlkin formada plastik kütlə, min ton |
318,9 |
121,7 |
19,6 |
|
ondan: |
|
|
|
|
polietilen, min ton |
162,8 |
121,2 |
11,7 |
|
Yapışqan və yapışdırıcı maddələr, min ton |
122,2 |
121,7 |
6,5 |
Romada FAST Tərəfdaşlığının görüşləri: iqlim maliyyəsi və fermerlərin dəstəklənməsi
Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin nümayəndə heyəti ICPEN-in Tbilisidə keçirilən tədbirlərində iştirak edib
Dövlət Gömrük Komitəsinin əməkdaşları üçün texniki tənzimləmə sisteminə dair seminar keçirilib
İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin sayı 60 mini keçib
Dörd ölkə, on istiqamət: Azərbaycan Hava Yollarının genişlənən Mərkəzi Asiya şəbəkəsi