23 yanvar 2024 13:12
305

Bir çox özəl məktəblər uşaqları gələcəkdə xaricə getmək üçün hazırlayır- Komitə sədri

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova bir çox özəl məktəblərin uşaqları gələcəkdə xaricə getmək üçün hazırladıqlarını bildirib.

“İki sahil”in məlumatına görə, o, komitənin yanvarın 23-də keçirilən iclasında bundan təəssüf hissi keçirdiklərini söyləyib.

"Biz kimləri yetişdiririk?! Azərbaycan dilinə, tarixinə xüsusi diqqət yetirilməlidir. Uşaqları Azərbaycana sevgi ilə böyütməliyik”, - komitə sədri deyib.