Ombudsmanın Milli Preventiv Qrupun (MPQ) üzvləri internat tipli təhsil müəssisələrinə, Sumqayıt şəhər internat tipli gimnaziyaya və Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbə baş çəkiblər.
“İki sahil”in məlumatına görə, başçəkmələr zamanı bu müəssisələrdə rəftar məsələləri və mövcud şərait araşdırılıb, keçirilmiş əvvəlki monitorinqlər üzrə verilmiş tövsiyələrin icrası vəziyyəti, sənədləşmə yerində yoxlanılıb, həmin müəssisələrin əməkdaşları və uşaqlarla söhbət aparılıb.
Sumqayıt şəhər internat tipli gimnaziyada əvvəllər qeyd alınan bir sıra nöqsanın aradan qaldırıldığı, lakin yataqxananın əsaslı təmir edilməsinə ehtiyacın olduğu müşahidə edilib. MPQ üzvləri rəftar məsələlərinin öyrənilməsi məqsədilə uşaqlarla görüşüb, onlarla konfidensial söhbətlər aparıb.
Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəbdə isə, əvvəlki başçəkmə zamanı müəyyən edilən bəzi problemlərin hələ də qaldığı, müəssisədə pandusların quraşdırılması və havalandırma sisteminin təşkilinin təmin olunmadığı müşahidə edilib.
Başçəkmələrin nəticələri ilə bağlı Elm və Təhsil Nazirliyinə müraciət ediləcək.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir