26 yanvar 2024 13:49
345

Şərqi Zəngəzurda Bərpa, Tikinti və İdarəetmə Xidməti auditor seçir

Şərqi Zəngəzur İqtisadi Rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidməti 2023-cü il üzrə maliyyə hesabatlarının auditinin həyata keçirilməsi üçün kotirovka sorğusu elan edib.

“İki sahil” xəbər verir ki, kotirovkada iştirak haqqı 70,8 manatdır.

Sorğuda iştirak etmək istəyənlər təkliflərini fevralın 13-ü, saat 12:00-a qədər qurumun Ağcabədi rayonu, Taxta Körpü qəsəbəsindəki ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-ü, saat 12:00-da qeyd olunan ünvanda baxılacaq.