Türkiyə informasiya və dezinformasiya ilə mübarizə sahəsində Azərbaycanın haqlı mübarizəsinə dəstək verməyə davam edəcək.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.
O qeyd edib ki, bu məsələdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə koordinasiyalı şəkildə çalışır:
“Bizim üçün dost və qardaş ölkə Azərbaycanın haqlı mövqeyini dünyaya çatdırmaq və paylaşılan yalan xəbərləri ifşa etmək çox vacib, təməl məsələdir. Bu həm qardaşlığımızın göstəricisi, həm də həqiqətin təzahürüdür”.
F. Altun, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin məruz aldığı ittihamları şərh edərək, onu da vurğulayıb ki, həm Azərbaycan, həm də Türkiyə bu gün müxtəlif platformalarda dezinformasiya və qaralama kampaniyasına məruz qalır.
“Biz bu dezinformasiyaya qarşı və həqiqət uğrunda mübarizə aparmağa birlikdə davam edəcəyik”, - deyə F. Altun əlavə edib.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir