Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar 3 təşkilatın müraciətinə baxılıb.
“İki sahil”in xəbərinə görə, məsələ barədə Mərkəzi Seçki Komissiyasının sədr müavini Rövzət Qasımov məlumat verib.
Qeyd edilib ki, növbədənkənar prezident seçkilərində "exit-poll” keçirmək üçün akkreditasiya ilə əlaqədar Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Rəy Monitorinq Mərkəzi və Sosioloji Tədqiqatlar Mərkəzi MMC sənədlərini MSK-ya təqdim edib. Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası "exit-poll"-u ABŞ-ın “ORACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə keçirmək niyyətindədir.
Məsələ səsverməyə çıxarılaraq sözügedən təşkilatların akkreditasiyaya alınması barədə qərar qəbul edilib.
Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası ABŞ-ın “OREACLE ADVSIORY GROUP” təşkilatı ilə birgə 40 seçki dairəsində 500 seçki məntəqəsində, Rəy Monitorinq Mərkəzi 33 seçki dairəsi üzrə 200 seçki məntəqəsində, "Sosioloji Tədqiqatlar Mərkəzi" MMC 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində “exit-poll” keçirməyi planlaşdırır.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir