Azərbaycan ilk dəfə işğaldan azad edilmiş ərazilərdə prezident seçkiləri keçirəcək.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu “TASS”a müsahibəsində deyib.
“Xüsusilə qeyd etmək istərdim ki, 2024-cü il fevralın 7-nə təyin edilmiş növbədənkənar prezident seçkiləri müstəqil Azərbaycanın tarixində ilk dəfə bütün ölkə ərazisində keçiriləcək. Artıq işğaldan azad edilmiş ərazilərdə məntəqə seçki komissiyaları yaradılıb, yəni səsvermə prosesi üçün hər şey hazırdır”, - o vurğulayıb.
Diplomatın sözlərinə görə, ölkədə, eləcə də xaricdə yaşayan Azərbaycan vətəndaşları yüksək fəallıq nümayiş etdirəcək, firavan və güclü Azərbaycanın xeyrinə düzgün seçim olunacaq.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir