Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov müşahidəçi kimi müraciət edənlərin heç birinə mənfi cavab verilmədiyini bildirib.
“İki sahil” xəbər verir ki, o, qadınların seçkilərdə fəallığının yüksəldilməsinə həsr olunan dəyirmi masada deyib ki, seçki prosesində ən vacib məsələ şəffaflıqdır.
Onun sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələri belə seçkiləri çox rahatlıqla işıqlandıra bilirlər: "Onlar heç bir akkreditasiyadan keçmirlər. Jurnalist vəsiqəsi ilə birbaşa istədikləri məntəqədə seçki prosesini izləyə, çəkə bilərlər. Dünyanın heç bir yerində belə təcrübə yoxdur. Eyni zamanda müşahidəçi kimi müraciət edən heç kəsə mənfi cavab verilməyib. Çünki proses çox sadədir, hətta heç komissiyanın iclasına belə çıxarılmayıb".
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir