NATO Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasının tərəfdarıdır.
“İki sahil” xəbər verir ki, bunu NATO-nun Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Brüsseldə “Armenpress”ə müsahibəsində bildirib.
O qeyd edib ki, NATO rəsmi Bakı ilə İrəvan arasında danışıqların mümkün qədər tez bərpa olunmasını istəyir: “Bizim siyasət çox sadədir. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasını dəstəkləyirik. BMT-nin Nizamnaməsinin prinsipləri və əsas elementləri pozulmursa, tərəfdarlarımız arasında fərq qoymuruq”.
X.Kolomina danışıqların müxtəlif formatda - ikitərəfli, ABŞ və Avropa İttifaqının iştirakı ilə olduğunu bildiklərini vurğulayaraq deyib ki, NATO üçün ən vacibi yekun nəticə, sabitliyin, sülhün olub-olmayacağıdır: “Çünki bu, Qafqazda sabitlik üçün çox vacibdir”.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir