Rusiyanın kadr hazırlığında yardımı, xüsusi texnikaları tədarük etməsi Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) fəaliyyətinin qurulmasında mühüm rol oynayıb.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Bakıda Rusiya Federasiyası Mülki Müdafiə, Fövqəladə Hallar və Təbii Fəlakətlərin Xilasetmə Nazirliyinin (Rusiya FHN) nümayəndə heyəti ilə görüşdə deyib.
Onun sözlərinə görə, bu sahədə Azərbaycan və Rusiyanın nazirlikləri arasında mövcud qanunvericilik bazası əməkdaşlıq üçün möhkəm zəmin yaradıb:
“Sevindirici haldır ki, bu gün aramızda əməkdaşlıq haqqında daha bir sənəd imzalanacaq”.
O qeyd edib ki, iki ölkə arasında münasibətlər qarşılıqlı hörmət prinsipinə əsaslanır.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir