Fevralın 7-də baş tutacaq növbədənkənar prezident seçkiləri ilə əlaqədar Azərbaycandan kənarda yaradılmış seçki məntəqələrinin yerləşdiyi ölkələrin siyahısı məlum olub.
“İki sahil”in əldə etdiyi məlumata görə, məntəqələrin yerləşdiyi diplomatik nümayəndəlik və konsulluqlar İtaliya, Koreya, Qazaxıstan (Astana, Almatı, Aktau), Qətər, Qırğızıstan, Latviya, Litva, Belçika, BƏƏ (Əbu-Dabi, Dubay), Böyük Britaniya, Çin, Çexiya, Estoniya, Fransa, Gürcüstan (Tbilisi, Batumi), İordaniya, İspaniya, İsveç, İsveçrə (Bern), Niderland, Özbəkistan, Pakistan, Polşa, Almaniya, ABŞ (Vaşinqton, Los-Anceles), Avstriya, Səudiyyə Ərəbistanı, Türkiyə (Ankara - 2 məntəqə, İstanbul - 2 məntəqə, Qars), Türkmənistan, Ukrayna, Yunanıstan, İran (Təbriz), Belarus, Moldova, Macarıstan, Rumıniya və Rusiyadadır (Moskva - 2 məntəqə, Sankt-Peterburq, Yekaterinburq).
Qeyd edək ki, növbədənkənar prezident seçkilərində xaricdə olan Azərbaycan vətəndaşları 37 ölkədə təşkil edilmiş 49 seçki məntəqəsində səs verəcəklər.
Səsvermə həmin ölkələrdə yerli vaxtla 08:00-dan 19:00-a qədər keçiriləcək.
Prezident İlham Əliyevin dövlət səfəri Özbəkistan mətbuatında geniş işıqlandırılıb
Şavkat Mirziyoyev: Azərbaycan Prezidentinin Özbəkistana səfəri tarixi hadisədir
Özbəkistan Prezidenti: Əbədi dostluq haqqında Müqavilə münasibətlərimizi yeni məzmunla zənginləşdirəcək
Prezident İlham Əliyev: “Yeni Daşkənd” layihəsi müasir şəhərsalmanın nadir əsəridir