09 fevral 2024 12:10
259

 Françesko Kaltsona: Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var

"C Liqasında FİFA reytinqi ən yüksək olan İsveçdir. Bu komanda ilə son oyunda heç-heçə etmişik".

“İki sahil” xəbər verir ki, bu sözləri UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinin rəqiblərindən olan Slovakiya yığmasının baş məşqçisi Françesko Kaltsona deyib.

Slovakiya Futbol Federasiyasının saytına açqlamasında ötən gün keçirilən püşkatmanı dəyərləndirən italiyalı mütəxəssis 2022-ci ildə Millətlər Liqasında Azərbaycan millisinə evdə uduzduqları (1:2) oyunu xatırladıb: "Azərbaycan millisi ilə bağlı pis xatirələrimiz var. Çünki rəhbərliyim altında ilk oyunu Azərbaycan millisi ilə keçirmişik və məğlub olmuşuq. İsveç, Estoniya və Azərbaycan Avro-2024-ün seçmə mərhələsində bir qrupda yer alıblar". 

F.Qaltsona Millətlər Liqasının dünya çempionatına vəsiqə üçün yaxşı fürsət olduğunu da bildirib: "Millətlər Liqasında maksimum gücümüzlə oynamalıyıq. Çünki dünya çempionatına vəsiqə qazanmaq şansımız var. Estoniya qrupda qazandığı qələbələrə görə pley-offa vəsiqə qazanmışdı".