12 fevral 2024 17:19
152

Rusiya kəşfiyyatı: Qərb Ukraynaya xüsusi nümayəndə təyin etməyə hazırlaşır

Qərb Ukraynaya xüsusi nümayəndə təyin etməyə hazırlaşır.

“İki sahil” xəbər verir ki, bu barədə Xidmətin yaydığı bəyanatda deyilir.

İdarənin direktoru Sergey Narışkinin sözlərindən sitat gətirərək qeyd olunub ki, ABŞ-la Böyük Britaniya digər Yeddilik Qrupu (G7) dövlətlərini Ukrayna Prezidenti Vladimir Zelenski ilə daimi əlaqəsi olan və ölkə üzrə xüsusi nümayəndə vəzifəsini yaratmağa çağırır.

Bəyanatda həmçinin qeyd edilib ki, Ukraynada xüsusi nümayəndə təyini ideyasının həyata keçirilməsi ABŞ və Böyük Britaniyanın arzuladığı nəticələrə gətirib çıxarmayacaq.