12 fevral 2024 17:51
157

Qəzzada öldürülən HAMAS döyüşçülərinin sayı açıqlanıb

İsrail indiyə qədər Qəzzada öldürülən HAMAS döyüşçülərinin sayını açıqlayıb.

“İki sahil” "Sky News"a istinadən xəbər verir ki, bu barədə İsrailin hökumət sözçüsü Eylon Levi brifinqdə deyib.

O, müharibə zamanı 12 mindən çox HAMAS silahlısının öldürüldüyünü və daha çoxunun yaralandığını və ya əsir götürüldüyünü bildirib.

"Söhbət HAMAS-ın darmadağın edilmiş batalyonlarının dörddə üçündən gedir... 12 mindən çox terrorçunun öldürülməsindən...", o deyib.
"Yaralanan və ya əsir alınan terrorçuların sayını nəzərə alsaq, bu, HAMAS-ın döyüşən qüvvələrinin yarıdan çoxunun sıradan çıxarılması deməkdir", Levi əlavə edib.