23 fevral 2024 10:42
427

İspaniyada hündürmərtəbəli bina yanıb, 4 nəfər ölüb, 13 nəfər yaralanıb

İspaniyanın Valensiya şəhərində hündürmərtəbəli bina yanıb, 4 nəfər ölüb, 13 nəfər yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə şəhərin Fövqəladə Hallar Xidmətinin mətbuat xidməti məlumat yayıb.

Həmçinin əlavə olunub ki, 14 mərtəbəli binanın yanması nəticəsində 20 nəfər itkin düşüb.