İspaniyanın Valensiya şəhərində çoxmərtəbəli yaşayış binasında baş verən yanğın nəticəsində azı 4 nəfər ölüb, 19 nəfər itkin düşüb.
Hadisə fevralın 22-də yerli vaxtla saat 17:30 radələrində baş verib. 14 mərtəbəli binanı əhatə edən yanğın qonşu binaya da keçib.
“İki sahil” BBC-yə istinadla xəbər verir ki, altı yanğınsöndürən və bir azyaşlı uşaq olmaqla, 14 nəfər xəsarət alıb.
20-dən çox yanğınsöndürmə briqadası alovla mübarizə aparıb və cümə günü səhərə qədər binadan sadəcə nəhəng qara çərçivə qalıb.
İnsanlar ərazidən uzaq durmağa çağırılıb.
"El Pais" qəzetinin binanın menecerinə istinadən verdiyi məlumata görə, binada 450 nəfərin yaşadığı 138 mənzil var idi.
Yanğının başvermə səbəbləri araşdırılır. Yerli media bu yanğını şəhər tarixindəki ən böyük yanğın adlandırır. Hakimiyyət üç günlük matəm elan edib.
Günel Cəlilova, "İki sahil"
Trampın Sülh Planında dondurulmuş Rusiya aktivləri ilə bağlı bəndi ləğv edilib?