2024-cü ilin yanvar ayında Azərbaycan ilə Türkiyə arasında ticarət dövriyyəsi 475 milyon 522 min ABŞ dolları təşkil edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən məlumat verir ki, bu, ötən ilin müvafiq dövrünə nisbətən 18,4 % çoxdur.
Həmçinin ötən ay, Azərbaycanın Türkiyədən idxal etdiyi məhsulların dəyəri 170 milyon 484 min ABŞ dolları, Türkiyəyə ixrac olunan məhsulların dəyəri 305 milyon 38 min ABŞ dolları olub. Bu isə keçən ilin analoji dövrü ilə müqayisədə müvafiq olaraq 6,8 % az və 39 % çoxdur.
Qeyd edək ki, Azərbaycanla ticarət dövriyyəsində əsas ölkələrin sırasında Türkiyə ikincidir.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb