Trabzonlu iş adamları Azərbaycanda fəaliyyət göstərməkdə maraqlıdır və onlar Türk dünyasının digər ölkələrində də fəaliyyətlərini genişləndirməlidirlər.
“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı Bakıda keçirilən Trabzon İş Adamları Platfomasında (TİAP) deyib.
C.Bağçı bildirib ki, bu cür platformalar iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsinə zəmin yaradır: “Həmçinin ölkəmizi burada tanıdarkən Azərbaycanı da Türkiyədə düzgün formada təqdim etmək, qardaşlığımızı gücləndirmək imkanına sahib oluruq”.
TİAP İdarə Heyətinin sədri Mustafa Küçükali məqdəslərinin Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələrə töhfə vermək olduğunu diqqətə çatdırıb: “Qarşıdakı müddətdə ölkələrimizin mənfəəti istiqamətində fəaliyyət göstərəcək və daim irəli gedəcəyik. Türkiyə və Azərbaycan əlaqələri hər iki ölkənin rəhbərlərinin liderliyində, birgə qarşıya qoyduqları hədəflər çərçivəsində “tək millət, iki dövlət” şüarı ilə davam edəcək”.
Sənayedə istehsal olunan malların və göstərilən xidmətlərin həcmi nə qədər olub?
Enerji Dialoqu Platforması çərçivəsində Etilen-Polietilen Zavoduna MEDİA-TUR TƏŞKİL OLUNUB
Qubada dövlət-özəl sektor əməkdaşlığı çərçivəsində müasir aqrar texnologiyalar təqdim edilib
Astarada kənd təsərrüfatının inkişafına dair Dövlət Proqramının icrası çərçivəsində görülmüş işlər və hədəflər müzakirə olunub - FOTO
Energetika naziri Böyük Britaniyanın ölkəmizdəki səfiri ilə müzakirələr aparıb